8 C
Baku
Sunday, November 17, 2024

“BP Azerbaijan”ın yerli işçilərinin sayı 2023-cü ilin ilk yarısında azalıb

2023-cü ilin ikinci rübün sonunda Böyük Britaniyanın BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 349 nəfər olub.

Banker.az “BP Azerbaijan”ın rüblük hesabatına istinadən xəbər verir.

Bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

2023-cü ilin ikinci rübünün sonun bu rəqəm 2 307 nəfər, cari ilin əvvəlinə isə 2377 nəfər idi.

2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.

“BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək”- deyə, şirkətdən bildirilir.

Son xəbərlər
Digər xəbərlər