1 C
Baku
Saturday, December 14, 2024

BP Cəbrayılda “Şəfəq” günəş-elektrik stansiyasının tikintisinə başlayır

Azərbaycanın cənub-qərbində yerləşən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunda “Şəfəq” layihəsi çərçivəsində fotovoltaik (PV) günəş-elektrik stansiyasının yaradılması məqsədi daşıyan bu layihə üzrə işlər bp şirkəti tərəfindən aparılır. Layihə üzrə tikinti işlərinin 2024-cü ilin ikinci yarısında başlanacağı və bu işlərin təxminən 18 ayadək davam edəcəyi gözlənilir.

Banker.az xəbər verir ki, layihə üzrə iş proqramı çərçivəsində “Şəfəq” layihəsi üçün Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin  ilkin variantı hazırlanıb və dərc edilib.

PV günəş-elektrik stansiyası təxminən 802 hektarlıq ərazini əhatə edəcək və 240 meqavat dəyişən cərəyan ( MVtAC ) gücünə malik olacaq. Layihəyə 240 MVtAC gücündəki PV günəş-elektrik stansiyasının layihələndirilməsi, təchizatı, mühəndislik, tikinti, quraşdırma, sınaq, istismara buraxma işləri və istismar mərhələsi daxildir.

 

Son xəbərlər
Digər xəbərlər