“BP” şirkəti “Plc Lianyungang Jiaao Enproenergy Co.”da 354 milyon yuan və ya 49.6 milyon dollara 15% pay alır, Banker.az bu barədə İnterfax-a istinadən xəbər verir.
“Lianyungang Jiaao Enproenergy” bioyanacaq istehsal edən və satan “Jiaao Enprotech Stock Co.”nun törəmə şirkətidir və bu seqmentdə Çinin ən böyük şirkətlərindən biridir.
“Lianyungang Jiaao Enproenergy”nin 2025-ci ilin birinci rübündə dayanıqlı aviasiya yanacağı (SAF) zavodunun tikintisini başa çatdıracağı gözlənilir. Onun gücü ildə 500 min ton olacaq. Yanacaq işlənmiş yemək və heyvan yağından hazırlanacaq. Müqavilə Çin tənzimləyiciləri tərəfindən artıq təsdiqlənib.