26 C
Baku
Saturday, July 27, 2024

BP-də işləyən azərbaycanlıların sayı açıqlandı

Ötən ilin sonuna BP şirkətinin işçisi olan Azərbaycan vətəndaşlarının sayı 2 min 534 nəfər təşkil edib.

“BP Azerbaijan” şirkətindən verilən məlumata görə, buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

“2014-cü ildən bəri BP-nin keçən ilin sonunadək ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var idi. BP çox məmnundur ki, bu öhdəlik ilin ortasına yerinə yetirilib. Şirkət öz yerli işçilərinin inkişafına dəstək verməklə onların ixtisaslı işçi tələb edən vəzifələrin əksəriyyətində xarici vətəndaşları əvəz etməsinə nail olub. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarətdir”, – deyə məlumatda bildirilir.

BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər