Salvadorun prezidenti Nayyib Bukele hökumətin bitkoini (BTC) vulkan püskürmələri vasitəsilə mayninq etməyə başladığını göstərən bir video paylaşıb.
Banker.az xəbər verir ki, prezident bunun “ilk addımlar” olduğunu yazıb.
Qeyd edək ki, son bir il ərzində Nayyib Bukele kriptovalyutaları dəstəkləmək və ölkədə bitkoinlə ödənişləri qanuniləşdirmək üçün bir çox açıqlamalar verib.
Mütəxəssislərin fikrincə, bu cür qərarlar ölkənin həyatını kökündən dəyişdirə, investorları cəlb edə və ya əksinə digər ölkələrlə münasibətləri korlaya bilər.