7 C
Baku
Tuesday, March 5, 2024

BP: İki qazma modulu ACE-nin üzərinə yerləşdirilib

Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının işlənməsinin növbəti mərhələsi olan Azəri Mərkəzi Şərqi (ACE) layihəsi çərçivəsində iki nəhəng qazma modulu təhlükəsiz və səmərəli şəkildə lazımi yüksəkliyə qaldırılaraq relslərlə sürüşdürmə üsulu ilə hal-hazırda tikilməkdə olan ACE üst tikililər blokunun üzərinə yerləşdirib.

BP-dən verilən məlumata görə, iki qazma modulu bunlardır: çəkisi 2350 ton, uzunluğu 43m, eni 20m və hündürlüyü 20m olan modullu qazmaya dəstək modulu (MQDM) və çəkisi 2400 ton, uzunluğu 32m, eni 22m, hündürlüyü 80m olan qazma avadanlığı dəsti (QAD). Bu iki qazma modulu ACE-in üst tikililər blokundan kənarda “qaldırma və sürüşdürmə” əməliyyatınadək ayrıca inşa olunub. Modullar Bibiheybətdəki istehsalat-quraşdırma sahəsində inşa edilib.

Qeyd olunur ki, ACE layihəsi üzrə işlər ümumilikdə 75% tamamlanıb və hazırda ən yüksək həddədir. Bu işlərə Bakı, Avropa və Birləşmiş Krallıqda 5000 nəfər insan cəlb olunub ki, onların da əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər