Bu gün BP şirkəti Azərbaycan Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi ilə tərəfdaşlığının müddətini uzatmaq qərarını elan edib.
Yeni sazişə əsasən BP 2024-cü ilin sonuna qədər ölkənin milli komandalarına dəstəyini davam etdirəcək.
İlkin tərəfdaşlıq sazişi London 2012 Oyunlarından əvvəl 2012-ci ilin yanvar ayında imzalanıb və həmin vaxtdan etibarən bu sazişin müddəti 2013, 2016-cı illərdə və indi isə 2024-cü ilə qədər olmaqla üç dəfə uzadılıb.