28 C
Baku
Wednesday, July 24, 2024

BP-nin Avropadakı müəssisələri Rusiya neftinin qəbulunu dayandırıb

“British Petroleum”un Avropadakı neftayırma müəssisələri bundan sonra Rusiya neftini emal etməyəcək.

Bunu şirkətin rəhbəri Bernard Luni (Bernard Looney) ötən gün bildirib.

Onun sözlərinə görə, İspaniyada, Almaniyada, Niderlandda yerləşən dörd müəssisə Rusiya neftindən təmizlənib və şirkət cari müqavilələrin şərtlərini icra edir.

“Biz sistemi Rusiya xammalından təmizləmək üçün inanılmaz gərgin işləyirik. Biz hazırda həqiqətən çox kiçik həcmdə olan mövcud müqavilələri yerinə yetiririk və mənim fikrimcə, ilin sonunadək onların hamısını başa vuiracağıq”, – o deyib.

BP Ukraynadakı müharibəyə görə Rusiya xam neftindən uzaq duran Avropa və ABŞ şirkətlərinə qoşulub. Avropa İttifaqı bu həftə Rusiya neftinə qarşı embarqo tətbiqi barədə açıqlama verməyi nəzərdə tutur. BP rəhbərinin sözlərinə görə, hazırda Avropa bazarına Rusiyadan idxal olunan neftin gündəlik həcmi 1 milyon barel azalıb və sanksiyalar qüvvəyə minəndən sonra bu rəqəm ikiqat arta bilər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər