6 C
Baku
Sunday, December 15, 2024

BP-nin baş icraçı direktoru Azərbaycanda səfərdədir

BP şirkətinin baş icraçı direktoru Bernard Luni Azərbaycanda ikigünlük səfərdədir.

Bu, planlaşdırılmış işgüzar səfərdir.

Səfər proqramında nəzərdə tutulduğu kimi, bu gün səhər L. Bernard Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib və görüşdə BP-nin Xəzər regionunda əsas biznes fəaliyyəti olan neft və qaz layihələri çərçivəsində görülən işləri müzakirə edib.

Görüş zamanı L.Bernard həmçinin BP-nin Azərbaycanla uzunmüddətli tərəfdaşlıq öhdəliyinə sadiq olduğunu bir daha vurğulayıb, görüləcək işlər və planlar haqqında məlumat verib, BP-nin Azərbaycanda və regionda bərpa olunan enerji layihələri də daxil olmaqla, enerji keçidi sahəsində yeni əməkdaşlıq imkanları axtarmaq niyyətini açıqlayıb.

L.Bernard “Şəfəq” (“Sunrise”) layihəsini həyata keçirmək, eləcə də neft və qaz əməliyyatlarının dekarbonizasiyasına nail olmaqla Azərbaycanın və BP-nin atmosferə emissiyaları əhəmiyyətli dərəcədə azaltmaq məqsədlərini dəstəkləyən digər imkanlar axtarmaq üçün birgə işləmək baxımından bir müddət öncə BP ilə Energetika Nazirliyi və BP ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanmış sazişlərin əhəmiyyətini xüsusi vurğulayıb.

Səfər çərçivəsində BP rəsmisi bir sıra digər görüşlər, o cümlədən BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionundakı işçi heyəti ilə də görüş keçirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər