20 C
Baku
Thursday, October 17, 2024

BP-nin hesabatına görə ki, Azəri-Çıraq-Günəşlidə hasilat azalıb

2023-cü ilin yanvar-iyun Azəri-Çıraq-Günəşlidən (AÇG) ümumi hasilat – Çıraq (23 000), Mərkəzi Azəri (98 000), Qərbi Azəri (91 000), Şərqi Azəri (61 000), Dərinsulu Günəşli (67 000) və Qərbi Çıraq (35 000) platformalarından birlikdə – gündə orta hesabla 375 000 barel və ya ümumilikdə təxminən 68 milyon barel, yəni 9 milyon ton olub.

Banker.az-a bunu “BP-Azərbaycan”nın hesabatına istinadən bildirilir.

Bu öncəki ildən 1 mln. ton azdır.

Belə ki, 2022-ci ilin birinci AÇG-dən ümumi hasilat – Çıraq (25 000), Mərkəzi Azəri (108 000), Qərbi Azəri (109 000), Şərqi Azəri (62 000), Dərinsulu Günəşli (78 000) və Qərbi Çıraq (42 000) platformalarından birlikdə – gündə orta hesabla 424 000 barel və ya ümumilikdə təxminən 77 milyon barel, yəni 10 milyon ton olmuşdu.

2023-cü ilin birinci yarısında AÇG üzrə fəaliyyətlərə təqribən 232 milyon dollar əməliyyat məsrəfləri və 746 milyon dollar əsaslı məsrəflər xərclənmişdir. 2022-ci ilin birinci yarısı ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 229 milyon dollar əməliyyat məsrəfləri və 791 milyon dollar əsaslı məsrəflər xərclənmişdi.

AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%)

Son xəbərlər
Digər xəbərlər