BP-nin neftin qiyməti ilə bağlı proqnozu: ciddi artım gözlənilmir

0

Bu ilin oktyabrın 24-də BP-nin baş iqtisadçısının müavini Vladimir Drebentsov Azərbaycana səfərə edəcək.

Bu barədə BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Onun sözlərinə görə, V.Derbentsovun hökumət və KİV nümayəndələri ilə görüşü nəzərdə tutulub.

“İki ildən bir biz BP Qrupunun iqtisadçılarını Azərbaycana dəvət edirik. Səfərin məqsədi 2035-ci ilədək enerji bazarı haqqında düşüncələrin, tələb-təklif, qiymət məsələləri ilə bağlı məlumatların toplanmasıdır”, – deyə B.Aslanbəyli vurğulayıb.

Vitse-prezident əlavə edib ki, BP-nin iqtisadçılar ofisi 2018-ci ildə neftin qiymətində ciddi artım gözləmir.