“Yaxın perspektivdə dünya bazarında neftin 1 barelinin qiymətinin 100 dollara çatacağına inanmıram”.
Rusiya mətbuatına istinadən, bunu Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumda BP şirkətinin şirkətinin rəhbəri Robert Dadli deyib.
“Yalnız neftin satışı ilə bağlı hər hansı bir siyasi məhdudiyyət olsa, onun qiyməti 100 dollara çatacaq. Amma belə bir şey çətin ki, baş versin”, – deyə o, qeyd edib.