BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel Azərbaycanda səfərdədir.
Bu barədə “BP-Azerbaijan” şirkətindən məlumat verilib.
Məlumata görə, bu, Birrelin Bakıya mütəmadi etdiyi səfərlərdən biridir və əvvəlcədən planlaşdırılmış işgüzar səfərdir.
Q. Birrelin səfər proqramında BP-nin regional rəhbərliyi ilə görüşlər və şirkətin regiondakı biznesinin gedişi, icraçısı olduğu enerji layihələri çərçivəsində görülən işlərin hazırki vəziyyəti və gələcək planlarla bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.
Səfər çərçivəsində cənab Q. Birrel həmçinin bu gün Azərbaycan Dövlət Neft şirkətinin (SOCAR) ofisinə baş çəkərək SOCAR-ın rəhbərliyi ilə də görüşüb.