15 C
Baku
Friday, March 29, 2024

BP-nin vitse-prezidenti: “Şahdəniz-2 layihəsinin icrası zamanı 11 min arxeoloji tapıntı aşkarlanıb”

“İstənilən beynəlxalq layihənin həyata keçirilməsinin bəlli standartları var. Bu standartlardan biri də mədəni irsin və təsadüfi arxeoloji tapıntıların qorunması ilə bağlıdır”.

Bunu “BP” şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi” konfransında çıxışı zamanı deyib.

“Azərbaycanda işlədiyimiz dövrdə təkcə dənizdə yox, quruda da fəaliyyətlərimiz olub. Ölkəmizin ərazisinin tapıntılarla zəngin olmasını nəzərə alaraq tikinti işləri zamanı xüsusi prosedurlar tətbiq olunur. Məsələn, inşaat zamanı hər hansı tapıntı aşkarlanarsa, işlər dayandırılır, 7 gün ərzində Mədəniyyət Nazirliyinə məlumat verilir”, – o vurğulayıb.

Vitse-prezident bildirib ki, Cənubi Qafqaz boru kəmərinin inşası zamanı təkcə Azərbaycan ərazisində 23 min tarixi tapıntı aşkar olunub və dövlətə təhvil verilib: “Son dövrlər Şahdəniz-2 layihəsi çərçivəsində 11 min təsadüfi arxeoloji tapıntı aşkarlanıb”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər