12 C
Baku
Saturday, November 23, 2024

BP ötən il $14 milyarda yaxın mənfəət əldə edib

Böyük Britaniyanın nəhəng enerji şirkəti olan BP 2023-cü ildə 13.8 milyard ABŞ dolları mənfəət əldə edib.

Bu barədə BP şirkətinin açıqladığı illik hesabatda göstərilir. Bu, 2022-ci ilin nəticələri ilə müqayisədə 2 dəfə azdır.

Şirkət bu azalmanı neft və qazın qiyməti və emal marjasının azalması ilə əsaslandırır.

Belə ki, BP şirkətinin ötən ilin IV rübündə mənfəəti 2.99 milyard ABŞ dolları təşkil edib ki, bu da 2022-ci ilin üçüncü rübünün göstəricisi ilə müqayisədə 9.09%, dördüncü rübünün göstəricisi ilə müqayisədə isə 37.5% azdır.

Qeyd edək ki, 2023-cü ilin III rübündə şirkətinin mənfəəti 3.3 milyard ABŞ dolları, 2022-ci ilin IV rübündə isə 4.8 milyard ABŞ dolları təşkil edib.

Analitiklərin daha öncə şirkətin IV rübdə 2.77 milyard ABŞ dolları mənfəət əldə edəcəklərini proqnozlaşdırırdılar ki, bununla da şirkətin dördüncü rübdə əldə etdiyi mənfəəti proqnozu üstələyib.

BP bildirir ki, proqnozdan yüksək nəticənin əldə edilməsi neft və qaz qiymətlərinin yüksək olması və şirkətin aktiv qaz satışı ilə məşğul olması olub ki, emal, geoloji kəşfiyyat və neft satışı sektorları isə maliyyə nəticələrində geriləyib.

2023-cü ildə şirkətin əsaslı xərcləri 16.3 milyard ABŞ dollarının üstələyib ki, bu da 2022-ci ilin əsaslı xərcləri ilə eynidir. Bildirilir ki, 2024-2025-ci illərdə şirkətin əsaslı xərclərin 16 milyard ABŞ dolları olacağı gözlənilir. BP-nin il ərzində pul axını 32 milyard ABŞ dollarına, xalis borcu isə 20.9 milyard ABŞ dollarına düşüb.

 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər