2023-cü il ərzində ölkənin ən iri neft yatağı Azəri-Çıraq-Günəşli (AÇG) üzrə fəaliyyətlərə təqribən 504 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 518 milyon dollar əsaslı məsrəflər xərclənib.
Bu barədə Banker.az-a AÇG-nin operatoru BP Azerbaijan bildirir.
Bu da ümumilikdə 2 mlrd. 22 mln. dollar xərc deməkdir.
2022-ci il ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 470 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 624 milyon dollar əsaslı məsrəflər xərclənmişdi. Bu da ümumilikdə 2 mlrd. 94 mln. dollar xərc deməkdir.
AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%)