22 C
Baku
Friday, April 19, 2024

BP ötən ilin dördüncü rübündə $2,1 mlrd. xalis mənfəət əldə edib

BP-nin keçən ilin dördüncü rübündəki xalis mənfəəti 2,11 milyard ABŞ dolları olub.

Bu barədə BP məlumat yayıb. Şirkətin 2016-cı ilin eyni dövründəki mənfəəti isə 400 milyon dollar olmuşdu.

BP ötən il ümumilikdə 6,2 milyard xalis mənfəət əldə edib. 2016-cı ildə bu göstərici 2,6 milyard dollar idi.

2017-ci ildə BP-nin gündəlik istehsalı 2016-cı illə müqayisədə orta hesabla 12 faiz artıb. Şirkət gündəlik istehsalı ötən il 2,47 milyon barrel olub.

“Bloomberg”in sorğusunda iştirak edən analitiklər şirkətin ötən ilin dördüncü rübündəki xalis mənfəətinin 1,95 milyard dollar olacağını proqnozlaşdırırdı.

Son xəbərlər
Digər xəbərlər