6 C
Baku
Saturday, December 14, 2024

“BP” rübü 14 illik rekord mənfəətlə başa vurub

Böyük Britaniyanın neft və qaz şirkəti “BP” ikinci rübü 8.45 milyard dollarla başa vurub ki, bu da şirkətin bir il əvvəlki mənfəətindən üç dəfə çoxdur və son 14 ildə rekord göstəricidir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Uğurlu nəticələrə əsasən, şirkət səhmdarlara dividendlərin 10% artırılmasını, həmçinin əlavə olaraq 3.5 milyard dollarlıq səhmlərin geri alınması proqramını elan edib.

Bundan əvvəl Britaniyanın digər neft-qaz şirkəti “Shell” rekord rüblük mənfəət əldə etdiyini bildirib. Şirkətin rüblük mənfəəti 3.4 milyard dollardan 18 milyard dollara yüksəlib.

Son xəbərlər
Digər xəbərlər