Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahidəniz” qaz-kondensat yatağının işlənilməsinin ikinci mərhələsi üzrə pik hasilata bu il çatmaq mümkün ola bilər.
Bu barədə jurnalistlərə BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında bildirib.
Onu sözlərinə görə, ötən il “Şahdəniz”də hasılat planlaşdırıldığından daha artıq səviyyədə olub və bu artım davam edir. Hazırda yataq üzrə əməliyyatlarların effektivliyi 99% təşkil edir. Ötən il qiymətlərin yuxarı olduğu dövrdə nəzərdə tutulandan, illik plandan əlavə həcmlərin hasil olunması həm ölkə üçün, həm də investorlar üçün əlavə gəlirlər demək idi.
“Bu tendensiya bu ildə davam edəcək və biz ümid edirik ki, hasilatn artım tempini qoruyub saxlaya biləcəyik və nəhayət ki bu il ərzində “Şahdəniz-2″ mərhələsi üzrə pik hasilata çatmaq imkanımız olacaq”, – Bəxtiyar Aslanbəyli qeyd edib.
O əlavə etdi ki, ötən il iş planında nəzərdə tutulmuş həcmlərdə artıq hasilat göstəricilərin əldə olunması yeni texnologiyaların, iş planına lazımi düzəlişlərin və quyuların məhsuldar olması həsabına mümkün olub.
Xatırladaq ki, “Şahdəniz-2” üzrə pik hasilata ötən ilin sonunda çıxılacaqı gözlənilirdi.