“Şahdəniz Kompressiya” layihəsi üzrə son investisiya qərarının qəbuluna hazırlıq gedir.
Bunu jurnalistlərə açıqlamasında “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.
Onun sözlərinə görə, layihənin Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin təqdimatı keçirilib və sənəd hökümət tərəfindən təstiq olunub.
“İndi yekun investisiya qərarının verilməsinə hazırlaşırıq”, – Tamam Bayatlı qeyd edib.