10 C
Baku
Friday, March 6, 2026

bp: “Şahdəniz” yatağından ixrac olunan qaz İtaliyanın qaz tələbatının 10 faizini ödəyir

“Şahdəniz” yatağından ixrac olunan qaz İtaliyanın qaz tələbatının 10 faizini ödəyir ki, bu çox böyük rəqəmdir.

Bu sözləri bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli deyib.

O qeyd edib ki, “Şahdəniz” yatağında etibarlılıq göstəriciləri 100 faizdir. Bildirilib ki, qarşıdakı illərdə bu yataqda genişmiqyaslı işlər görüləcək.

Xatırladaq ki, 2025-ci ildə “Şahdəniz” üzrə fəaliyyətlərə təxminən 2 milyard 315 milyon dollar əməliyyat xərcləri və təxminən 1 milyard 87 milyon dollar əsaslı xərclər çəkilib. Hesabat dövründə yataqdan ümumilikdə – Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 27 milyard standart kubmetr qaz və təxminən 4 milyon ton (təqribən 32 milyon barel) kondensat hasil edilib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər