12 C
Baku
Sunday, October 27, 2024

“BP Singapore”: “Neftə tələbat gələn il normaya düşəcək”

Dünyada neft istehlakının həcmi 2022-ci ilin üçüncü rübündə pandemiyadan əvvəlki səviyyəyə qayıdacaq, həm də neft məhsullarına tələbat daha çox Asiya ölkələrinin hesabına artacaq.

Bunu “BP Singapore” şirkətinin prezidenti Yucen Leonq(Eugene Leong) bildirib.

O deyib ki, neftə tələbatın 2020-ci ilin ikinci rübündəki minimum həddindən sonra dirçəlməsi göz qabağında olsa da, hələlik əvvəlki səviyyəyə qayıtmayıb. Neftə tələbatın bu ilin sonunadək və 2022-ci ildə də dirçəlməyə davam edəcəyi gözlənilir.

Onun fikrincə, neftə tələbatın gündəlik artımı 2021-ci ildəki 5,4 milyon barelə qarşı gələn il 3,8 milyon barel təşkil edəcək. OPEC+ ölkələrində hasilatın məhdudlaşdırılmasına və iqtisadiyyatın dirçəlməsinə əsasən neft və əksər neft məhsullarının ehtiyatları iyun ayınadək normal həcmə qayıdıb.

Çində neftə tələbatın bu il də 2020-ci ildəki 1,8 faizədək artacağı qeyd olunub. Ölkədə neft istehlakı qarşıdakı bir neçə il ərzində də artacaq. 2022-ci milin əvvəlində bir sıra yeni neftayırma müəssisənin işə salınacağı gözlənilir.

Şirkət prezidentinin sözlərinə görə, gələn il OPEC+ formatının hasilatı artıracağı üzündən dünyada gündəlik neft hasilatının artımı istehlakı 700 min barel üstələyəcək: “Dünyada enerjiyə tələbat sürətlə dəyişir, pandemiyanın nə zaman başa çatacağına dair müəmmalar da təbii ki, bazardakı dəyişkənliyə təsirsiz ötüşməyəcək”.

Son xəbərlər
Digər xəbərlər