7 C
Baku
Thursday, December 12, 2024

BP Türkiyə bazarını tərk edir

Britaniyanın BP şirkəti Türkiyədəki 779 yanancaqdoldurma məntəqəsini (YDM) bu ölkənin “Petrol Ofisi” şirkətinə satır.

Bu barədə “Petrol Ofisi” məlumat yayıb.

YDM-ləri idarə edən “BP Petrolleri A.Ş.” şirkəti ilə yanaşı “Petrol Ofisi” Britaniya şirkətinin Türkiyədəki digər aktivinidə – “BP Turkey Refining Limited” şirkətinin də almaq niyyətindədir. Bu sövdələşmələr üzrə qiymətlərin müəyyən edilməsi üçün Rəqabət Qurumunun rəyi gözlənilir.

Bundan əlavə, “BP Turkey Refining Limited” şirkəti “ATAS Anadolu Taşfiyehanesi A.Ş.” birgə müəssisəsində 51% paya malik olduğundan həmin pay da “Petrol Ofisi”nin nəzarətinə keçir.

Rəsmi təsdiqdən sonra BP Türkiyənin pərakəndə ticarət bazarından tamamilə çıxacaq. Satışların 2024-cü ildə tamamlanması və bundan sonra isə YDM-lərin üzərindəki adın dəyişdirilməsi nəzərdə tutulur.

Amma BP şirkətinin digər fəaliyyətlərini, xüsusən də “Castrol” və Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru xətti və Trans-Anadolu Qaz Boru Kəmərindəki (TANAP) əməliyyatlarını davam etdirəcək.

Qeyd edək ki, bu 1912-ci ildən Türkiyədən fəaliyyət göstərən BP-nin aktivlərinin satılması ilə “Petrol Ofisi”nin YDM-lərinin sayı 2700-ə çatacaq.

Avstriyanın “OMV” enerji şirkəti “Petrol Ofisi” yanacaqdoldurma şəbəkəsini 6 il öncə 1 milyard 368 milyon avroya Hollandiyanın enerji şirkəti “Vitol Group”a satıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər