10 C
Baku
Tuesday, October 29, 2024

BP və “Petrofac” şirkəti arasında müqavilə imzalanıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə müəssisə olan Böyük Britaniyanın “Petrofac” şirkəti Azərbaycan və Gürcüstanda BP-nin əməliyyatlarının dəstəklənməsi üçün layihələrin idarə olunması xidmətləri üzrə müqavilə imzalayıb.

Bu barədə “Petrofac” şirkətinə istinadən məlumat verilir.

Qeyd olunur ki, müqavilə 3 il müddətinə imzalanıb.

Müqavilə Xəzər regionunda dənizdə və quruda, “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz boru kəməri, Qərb boru kəməri (WREP) layihələrində BP-nin əməliyyatlarını əhatə edəcək.

©Trend

Son xəbərlər
Digər xəbərlər