9 C
Baku
Thursday, December 12, 2024

BP və SOCAR İsraildəki dəniz bloklarında təbii qaz kəşfiyyatı üçün müraciət edib

Böyük Britaniyanın enerji şirkəti olan BP Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə Aralıq dənizində İsrailin dəniz hissəsində kəşfiyyat işlərinin aparılması üçün lisenziya almaq məqsədilə tenderdə iştirak edib.

Söhbət burada aşkarlanan “Leviafan” və “Tamar” yataqlarının yaxınlığında yerləşən bloklarda təbii qaz ehtiyatları ilə bağlı kəşfiyyat işlərindən gedir.

BP və SOCAR İsrailin “NewMed Energy” şirkəti ilə birlikdə ötən bazar günü başa çatan dördüncü lisenziyalaşdırma mərhələsində iki dəniz bloku üçün müraciət edib.

“NewMed” artıq “Leviafan” yatağında təbii qaz hasilatı ilə məşğuldur. Şirkət bu yataqda 45 %-dən çox paya sahibdir.

Hərracın qalibləri bu ilin dördüncü rübündə açıqlanacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər