8 C
Baku
Friday, January 24, 2025

BP və SOCAR “Qarabağ” layihəsi üzrə danışıqlar aparır

BP və SOCAR Böyük Britaniya şirkətinin “Qarabağ” neft yatağının işlənilməsi layihəsinə daxil olmasının şərtlərini müzakirə edir.

Bunu jurnalistlərə açıqlamasında “Şahdəniz” layihəsinin operatoru olan BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Vitse-prezident xatırladıb ki, ötən ilin sentyabrında BP və SOCAR arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə qoşulmaq niyyətini açıqlayan bir anlaşma memorandumu (AM) imzalanıb. Birinci blok “Qarabağ” neft yatağıdır, ikincisi isə Əşrəfi – Dan Ulduzu – Aypara (ADUA) sahəsidir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər