BP “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yatağının və “Şahdəniz” qaz yatağının operatoru kimi bu gün platformalardakı qazma qurğularının əməliyyatları və texniki xidmət işləri üzrə “SOCAR AQŞ” və ABŞ-nin “Helmerich & Payne (H&P) şirkətinin birgə müəssisəsi olan “Turan Drilling & Engineering Company” MMC ilə müqaviləni yeniləyib.
BP-dən verilən məlumata görə, yenilənmiş müqavilə Xəzər dənizində BP-nin idarə etdiyi səkkiz neft və qaz hasilatı platforması – “Mərkəzi Azəri”, “Şərqi Azəri”, “Qərbi Azəri”, “Dərinsulu Günəşli”, “Qərbi Çıraq”, “Çıraq”, ACE və “Şahdəniz” Alfa platformalarının istismar əməliyyatları və texniki xidmət işlərini əhatə edir.






