15 C
Baku
Wednesday, April 24, 2024

“BP”nin Azərbaycandakı nümayəndəliyi “gömrük pozuntusuna” görə $279 min cərimələnib

Dövlət Gömrük Komitəsi tərəfindən “BP Eksploreyşn (Şah Dəniz) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi gömrük pozuntusuna görə cərimə edililib.

Banker.az-ın xəbərinə görə, “BP Eksploreyşn (Şah Dəniz) Limited” İnzibati Xətalar Məcəlləsinin 496.1 və 491.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək dəyəri 929 488 ABŞ Dolları olan malın 30 faizi məbləğində , Azərbaycan Respublikasının Mərkəzi bankının manata olan məzənnə ilə 278 846 ABŞ Dolları cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qərara alınıb. Buna dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixində qərar verib.

“BP Eksploreyşn (Şah Dəniz) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin səlahiyyətli nümayəndəsi biri qərardan narazı qalaraq, Bakı Appelyasiya Məhkəməsinə müraciət edib. Lakin, appelyasiyanın son qərarına əsasən qərar dəyişdirilmədən saxlanılıb.

Bildirək ki, gömrük nəzarəti altında olan, o cümlədən şərti buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılmasına görə, 491.1 bənddə bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər