“Brand Credit” BOKT MMC 2025-ci ili 765 min manat xalis mənfəət ilə başa vurub. 2024-cü ildə BOKT-un mənfəəti 653 min manat olub ki, bu da illik müqayisədə 17% artım deməkdir.
Banker.az bu barədə BOKT-un hesabatına istinadən xəbər verir.
Ötən il “Brand Credit” BOKT-un faiz gəlirləri 2 milyon 390 min manat (əvvəlki ilə nisbətən 13.4% azalma) təşkil edib.
Bu il yanvarın 1-nə “Brand Credit”in aktivləri 8 milyon 857 min manat olub ki, bu da illik müqayisədə 30% çoxdur. Bunun 7 milyon 351 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. (23.5% artım)
Xatırladaq ki, “Brand Credit” 2011-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 1.9 milyon manatdır. Şirkətin pay bölgüsünə görə, Yeganə Vəliyeva 75%, Əli Hüseynov 22%, Şəbnəm Vəliyeva isə 3% paya sahibdir.





