26 C
Baku
Saturday, May 31, 2025

“Brand Credit BOKT” ötən ili mənfəətlə başa vurub

“Brand Credit BOKT” MMC 2024-cü ili 653 min manat xalis mənfəət ilə başa vurub. 2023-cü ildə BOKT-un mənfəəti 312 min manat olub ki, bu da illik müqayisədə 2 dəfə artım deməkdir.

Banker.az bu barədə BOKT-un hesabatına istinadən xəbər verir.

Ötən il “Brand Credit” BOKT-un faiz gəlirləri 2 milyon 107 min manat (əvvəlki ilə nisbətən 28% artım), faiz xərcləri 453 min manat (34% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Brand Credit”in aktivləri 6 milyon 808 min manat olub ki, bu da illik müqayisədə 20% çoxdur. Bunun 5 milyon 950 min manatı müştərilərə verilmiş xalis kreditlərdir.

Xatırladaq ki, “Brand Credit” 2011-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 1.9 milyon manatdır.

Son xəbərlər
Digər xəbərlər