“Brand Credit” BOKT MMC 2023-cü ili 312 min manat xalis mənfəət ilə başa vurub. 2022-ci ildə BOKT-un mənfəəti 384 min manat olub ki, bu da illik müqayisədə 19% azalma deməkdir.
Banker.az bu barədə BOKT-un hesabatına istinadən xəbər verir.
Ötən il “Brand Credit” BOKT-un faiz gəlirləri 1 milyon 649 min manat (əvvəlki ilə nisbətən 1.3% azalma), faiz xərcləri 338 min manat (3% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Brand Credit”in aktivləri 5 milyon 657 min manat olub ki, bu da illik müqayisədə 21% çoxdur. Bunun 5 milyon 212 min manatı müştərilərə verilmiş xalis kreditlərdir.
Xatırladaq ki, “Brand Credit” 2011-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 1.9 milyon manatdır.