“Brand Credit BOKT” MMC-nin 2024-cü ildə 653 min manat xalis mənfəətlə öncəki ili iki dəfədən çox üstələyib. Halbuki, kredit təşkilatı 2023-cü ildə cəmi 312 min manat xalis mənfəət əldə etmişdi.
Banker.az bunu BOKT-nin illik audit hesabatına istinadən xəbər verir.
BOKT-nin faiz gəlirləri hesabat ilindən öncəki dövrlə müqayisədə 28% artaraq 2 milyon 107 min manata yüksəlib. Xalis faiz gəliri isə gözlənilən kredit zərəri üzrə ehtiyatın yaradılmasından sonra 62.14% artım göstərib.
“Brand Credit BOKT”nin aktivləri 2023-cü ilə nisbətən 1 milyon 151 min manat və ya 20% artaraq 6 milyon 808 min manata çatıb. Müştərilərə verilmiş kreditlər isə 738 min manat və ya 14% artaraq 5 milyon 950 min manata yüksəlib.
Öhdəliklər illik 21.81%-lik yüksəlişlə 4 milyon 420 min manata çatıb. Müddətli borc öhdəlikləri 28% artıb, buraxılmış borc qiymətli kağızları isə 7.99% azalıb.
Kapitalda müsbət dinamika müşahidə olunur. Belə ki, 2024-cü ildə 17.70% artım qeydə alınaraq 2 milyon 388 min manata çatıb. Hesabatda qeyd edilir ki, öncəki ildə əldə edilən xalis mənfəətdən sonra kapitalındakı bölüşdürülməmiş mənfəətin həcmi səhmdarlara 294 min manat dividend ayırmadan sonra 129 min manatdan 488 min manata yüksəlib.
Xatırladaq ki, “Brand Credit” 2011-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 1.9 milyon manatdır. Kapitalının 75%-i Yeganə Vəliyevaya, qalan 22%-i Əli Hüseynova və 3% isə Şəbnəm Vəliyevaya məxsusdur.