Ölkənin ən iri kredit ittifaqının əməkdaşı “Brand Credit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin İdarə Heyətinə sədr təyin edilib.
Banker.az xəbər verir ki, bu, Şahin Mirzəyev Əlikərim oğludur. Şahin Mirzəyev bundan öncə “Xəzər” Kredit İttifaqında çalışırdı.
“Brand Kredit BOKT” buna qədər təkbaşına icra orqanı ilə idarə edilirdi. Yəni müşahidə şurası və idarə icra orqanı birlikdə bir orqan – təkbaşına rəhbərlə idarə edilirdi. Təkbaşına rəhbəri isə Rahil Əhmədov Vaqif oğlu idi.
Görünür, BOKT sturukturda dəyişikliyə gedib. Müşahidə Şurası ayrıca orqan kimi formalaşdırıb. Müşahidə Şurasına Rahil Əhmədov sədrlik edəcək. Müşahidə Şurası BOKT-un icra orqanının fəaliyyətinə nəzarəti həyata keçirən orqandır. BOKT-um M.Ş.-sinə Əli Hüseynov Abdulhüseyn oğlu (səhmdar) və Rauf Axundov Arif oğlu üzvdür.
İdarə Heyətində üzvləri isə Nigar Şamilova Məhəmməd qızı və Yusif Vahididir.
BOKT 2011-ci ildə yaradılıb və onun 1 900 000 manat nizamnamə kapitalı var. Onun kapitalının 74.90%-i Yeganə Vəliyevaya, 22.26%-i Əli Hüseynova və 2.84%-i Şəbnəm Vəliyevaya məxsusdur.
BOKT 2021-ci ildə 575.22 min manatlıq xalis mənfəət əldə etsə də, kredit portfelinin həcmi 2021-ci ildə 4 milyon 265.43 min manatdan 4 min 168.17 manata düşüb.