23 C
Baku
Thursday, October 10, 2024

“Brand Credit BOKT”un rəhbəri dəyişdi

Brand Credit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin  direktoru dəyişib.

Banker.az-ın əldə etdiyi məlumata görə, Şahin Mirzəyev Əlikərim oğlu vəzifəsindən ayrılıb, onu bu vəzifədə Firudin Qasımov Nüsrət oğlu əvəz edib.

Qeyd edək ki, Ş.Mirzəyev 2022-ci ilin son rübü BOKT-a sədr kimi təyinat alıb.

BOKT 2011-ci ildə yaradılıb və onun 1 900 000 manat nizamnamə kapitalı var. Onun kapitalının 74.90%-i Yeganə Vəliyevaya, 22.26%-i Əli Hüseynova və 2.84%-i Şəbnəm Vəliyevaya məxsusdur.

Son xəbərlər
Digər xəbərlər