27 C
Baku
Saturday, June 29, 2024

Branso ilə bağlı ABŞ-ın Türkiyəyə qarşı iqtisadi embarqoları davam edir

Avropa İttifaqı ABŞ-ın Avropa mallarına əlavə vergi tətbiq edəcəyi təqdirdə buna qarşılıq veriləcəyi barədə xəbərdarlıq edib. Bunu Avropa Komissiyasının sözçüsü Daniel Rosario gündəlik mətbuat konfransında bildirib. “Təbii ki, ABŞ Avropa mənşəli məhsullara əlavə vergi tətbiq edəcəyi halda Aİ buna dərhal qarşılıq verməyə hazırdır”, – Rosario belə deyib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqı ölkələrindən idxal olunan avtomobillərə 25 faiz əlavə gömrük rüsumu qoyulacağını söyləmişdi. İyul ayında isə Avropa Komissiyasının sədri Jan-Klod Yunker və Donald Tramp Ağ evdə görüşərək iqtisadi əlaqələri müzakirə etmişdilər.

Amma Trampın dünyaya açdığı iqtisadi savaşın ilk sıralarında Türkiyə dayanır. Vaşinqton Ankaraya qarşı cəza sanksiyaları tətbiq edəndən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, ölkəsi ABŞ-ın elektron mallarını boykot edəcək. “ABŞ-da iPhone varsa, o biri tərəfdə də Samsung var”, – Ərdoğan deyib.

Türkiye İphone ile ilgili görsel sonucu

Türkiyə ABŞ keşişini həbsxanadan buraxmağa imtina etdikdən sonra ABŞ ötən həftə Türkiyənin polad və alüminium məhsullarına gömrük rüsumunu ikiqat artırıb. Türkiyənin zəifləmiş valyutası – lirə sanksiyalardan sonra dəyərinin 20 faizini itirib. Prezident Ərdoğan deyib ki, Türkiyə öz iqtisadiyyatını sabitləşdirmək məqsədi ilə tədbirlər görür və xarici valyutaları almaqla “düşmənə təslim olmaq olmaz”.

Türkiyəli iqtisadi analitiklərin yazdığına görə, TC-nə qarşı iqtisadi hücumların intensiv olduğu günlər və saatlarda ölkənin Xəzinə və Maliyyə naziri Berat Albayrak Türkiyənin yeni iqtisadi modelinin prinsiplərini açıqlayıb. Bu zaman da ABŞ prezidenti Donald Tramp Türkiyəyə qarşı alüminium və dəmir idxalına əlavə cəza vergiləri gətirdiyini elan edib. Trampın açıqlaması valyuta məzənnəsinə böyük təsir göstərdə də, Türkiyə lirası təkrar toparlana bildi.

Trump Turkey ile ilgili görsel sonucu

ABŞ Türkiyəyə qarşı sanksiyaların tətbiqinə yeni başlasa da, Çinlə iqtisadi müharibəsini sürdürür. Amma Trampın Türkiyəyə qarşı cəza vergisi açıqlamasından bir neçə gün sonra Çin Türkiyə və Rusiyadan sonra yerli pul vahidləri ilə alüminium və dəmir idxal edəcəyini açıqladı, Rusiya və İranın Türkiyəyə dəstək bəyanatlarını təqib etdi. Türkiyə üçün iqtisadi miqyasda ən əhəmiyyətli bazar olan Avropa İttifaqının mövqeyi də olduqca vacib idi. Və Avropa İttifaqı, xüsusilə Almaniya Türkiyənin iqtisadi zəifliyini, böhrana düşməsini istəmədiyini və Türkiyə ilə münasibətləri davam etdirmək niyyətində olduqlarını açıqladı. Təbii ki, Türkiyə böhrana düşərsə, qonşu dövlətlər, o cümlədən Avropa İttifaqı ölkələri də bundan ziyan görəcək. Məsələn, Türkiyə lirəsinin birdən dollar qarşılığında ucuzlaşması Avropa birjalarında və avro-dollar bazarında mənfi hal yaratdı. Xüsusilə, İtaliya və İspaniya banklarının Türkiyəyə böyük miqyasda verdiyi kreditlərin qaytarılması çətinliyi olacağı Avropa İttifaqını Türkiyədəki hər hansı böhran ehtimalına qarşı narahat etdi.

vMövlud Çavuşoğlu ile ilgili görsel sonucu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu avqustun əvvəlində keçirdiyi mətbuat konfransında açıqlamışdı ki, Vaşinqtonun son qərarı ilə bağlı Ankaranın narazılığını da ABŞ dövlət katibinin diqqətinə çatdırıb.

“Təhdidlər və sanksiyalar dili hansısa nəticələrə gətirməyəcək. Düşünürəm ki, Amerika tərəfinə bu məqam aydın oldu”,– deyə Türkiyə XİN rəhbəri bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Türkiyədə həbsdə olan amerikalı keşiş Endryu Bransonun azad edilməyəcəyi təqdirdə Ankaraya qarşı sanksiyaları istisna etməmişdi. Nəticədə avqustun 1-də ABŞ Maliyyə Nazirliyi Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı sanksiya tətbiq edilməsinə dair qərar qəbul edib. Vaşinqtonun bu addımı onsuz da yaxşı olmayan ikitərəfli münasibətlərdə gərginliyi artırıb.

Qəbul edilən qərar əsasında Dünya Bankı və Avropa İmar və Qalxınma Bankının (EBRD) rəhbərliyində olan amerikalılara bundan belə insani məqsədlər xaricində Türkiyəyə kredit verilməsinə qarşı çıxmaları təlimatı verilib. Qərarın mətnində isə qeyd edilib ki, bu məhdudlaşma “Türkiyənin (ikili vətəndaşlığı olan insanlar və Türkiyədəki ABŞ missiyalarında çalışanlar da daxil olmaq üzrə) Amerika vətəndaşlarının şəxsi istəyə görə həbs edilməsinə və ya hərəkət azadlığından məhrum qoyulmasına son verənə qədər” davam edəcək.

Musavat.com

Son xəbərlər
Digər xəbərlər