“Azərbaycan Supermarket” MMC şirkəti 2022-ci ilin birinci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb.
Banker.az xəbər verir ki, Bravo yarım ildə 311 milyon 124 min manat gəlir əldə edib, satışların maya dəyəri 254 milyon 225 min manat olub.
“Bravo”nun əməliyyat xərcləri 9 milyon 743 min manat, maliyyə xərcləri 13 milyon 619 min manat, əsas vəsaitin amortizasiyası 12 milyon 771 min manat təşkil edib.
2022-ci ilin yanvar-iyun aylarında “Bravo”nun cəmi aktivləri 164 milyon 388 min manat, cəmi öhdəlikləri 95 milyon 500 min manat təşkil edib.
Qeyd edək ki, “Azərbaycan Supermarket” MMC-nin payçıları “İdeal Biznes Ko.” MMC (500 pay), “Yevro Standard” MMC (500 pay) və “Fly Group” MMC (1000 pay) şirkətləridir.