“Bravo” marketlərdə maskasız daxil olub, alış-veriş etmək qadağan edildi

Tibbi maskasız şəxslərin “Bravo” marketlərə girib alış-veriş etməsi qadağan edildi.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli 189 nömrəli qərarına əsasən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, respirator və sair) istifadə etməyən şəxslər Bravo marketlərə buraxılmayacaq.

Xatırladaq ki, “Bravo” marketlər şəbəkəsi “Azərbaycan Supermarket” MMC-yə məxsusdur. Hazırda “Bravo”lar hipermarket, supermarket, ekspress formatlarında fəaliyyət göstərirlər.

 

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları