Tibbi maskasız şəxslərin “Bravo” marketlərə girib alış-veriş etməsi qadağan edildi.
Banker.az xəbər verir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli 189 nömrəli qərarına əsasən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, respirator və sair) istifadə etməyən şəxslər Bravo marketlərə buraxılmayacaq.
Xatırladaq ki, “Bravo” marketlər şəbəkəsi “Azərbaycan Supermarket” MMC-yə məxsusdur. Hazırda “Bravo”lar hipermarket, supermarket, ekspress formatlarında fəaliyyət göstərirlər.