“Bravo” supermarket şəbəkəsi 40 mln. manat faizli borc cəlb edir

Azərbaycanda “Bravo” supermarketlər şəbəkəsinin sahibi “Azərbaycan Supermarket” MMC 40 mln. manat həcmində istiqraz emissiya edəcək.

Banker.az-ın əldə etdiyi məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 1 000 manat olmaqla 40 000 ədəd emissiya ediləcək.

İstiqrazların illik ödəniş dərəcəsi 10.5% olmaqla hərraca çıxarlacaq.

Azərbaycan SUpermarket MMC 2015-ci ildə yaradılıb və hazırda 29 ekpress mağaza, o cümlədən 3 hiperstora malikdir.

Son xəbərlər
Digər xəbərlər