6 C
Baku
Saturday, December 14, 2024

“Bravo Supermarket” xariclə valyuta əməliyyatlarında “xəta” etdiyinə görə cərimələnir

Azərbaycanda pərakəndə ticarət sektorunda fəaliyyət göstərən, “Bravo Supermarket” brendi ilə tanınan “Azərbaycan Supermarket” MMC cərimələnir.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı “Azərbaycan Supermarket” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimə protokolu tərtib edib, məhkəməyə göndərib.

Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.

Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Şirkət nə zaman cərimələnir?

Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.

Xatırladaq ki, “Azərbaycan Supermarket” 2015-ci ilə yaradılıb. Onun nizamnamə kapitalı 2 min manatdır. Şirkət “Bravo” supermarketlər şəbəkəsinin idarə edilməsi ilə məşğuldur.

Son xəbərlər
Digər xəbərlər