“Bravo” Supermarketlər şəbəkəsi olan “Azərbaycan Supermarket” MMC-nin nizamnamə kapitalında səhmdarlardan biri payını digər şirkətə ötürüb.
Bu barədə Banker.az-ın əldə etdiyi sənəddə deyilir.
Məlumata görə, Azərbaycan Supermarket-in səhmdarı olan Mircamal Paşayev 50%-lik payını “Fly Group” MMC adlı şirkətə ötürüb.
Bununla da səhmlərin 50%-i “Fly Group” MMC-yə, hər biri 25% olmaqla isə “İdeal Biznes Ko.” MMC və “Yevro Standard” MMC-nin olub.
“Fly Group” MMC 2021-ci ilin 1 dekabrında dövlət qeydiyyatına alınıb. Şirkət 100 manat nizamnamə kapitalı ilə Baki Şəhəri Nəsimi Rayonu, Neftçilər Pr., Ev 153-də qeydiyyata alınıb. Şirkətin direktoru isə Rüfət Abdullayev Məhyəddin oğludur.