14 oktyabr 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Bravo Supermarketlər şəbəkəsinin daxil olduğu “Azərbaycan Supermarket” MMC-nin ümumi dəyəri 10 000 000 manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
28 oktyabr 2021-ci il tarixində Bravo Supermarketlər şəbəkəsinin daxil olduğu “Azərbaycan Supermarket” MMC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
AZ2001023525 nömrəli istiqrazların hər biri nominal qiyməti 1 000 manat olmaqla 10.5 faiz illik ödənişlə 3 il müddətinə təqdim edilir.
Cəmi olaraq 10 min ədəd emissiya ediləcək. Qeyd edək ki, öncəki hərracda da bu şərtlərlə daha 10 milyon yerləşdirilmişdi.
Ümimilikdə 40 mln. manat emissiya edilməsi planlaşdırılır.