12 C
Baku
Saturday, November 23, 2024

“Bravo”da baş vermiş insidentlə bağlı həbs edilənlərin sayı artıb – Məhkəmə başlayır

“Bravo” hipermarketinə edilmiş silahlı basqınla bağlı ittiham olunan şəxslərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

İş üzrə toplanmış materiallar yaxın günlərdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Bundan başqa, cinayət işi üzrə əvvəlcədən elan olunmuş təqsirləndirilən şəxslər- Dəyanət Qüdrətov, Azər Məmmədov və Səbuhi Qurbanovdan əlavə istintaq dövründə daha bir neçə nəfər həbs edilib.

Qeyd edək ki, silahlı insident bu ilin mart ayında qeydə alınıb. Hadisədə 1 nəfər öldürülüb, 2 nəfər xəsarət alıb.

Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olan Ruhlan İsmayılov, Dəyanət Qudrətov, Azər Məmmədov və Səbuhi Qurbanovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

Ruhlan İsmayılov avtomat silahdan polis əməkdaşlarına müqavimət göstərib. Görülmüş tədbirlərlə o, polis tərəfindən məhv edilib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər