Bazar ertəsi axşamdan (08-mart- Red) Braziliyanın paytaxtı Brazilia şəhərində yeni növ koronavirus infeksiyasına yoluxma hallarının artması səbəbindən komendant saatı tətbiq edilib.
Müvafiq fərmanı paytaxtın federal bölgəsinin qubernatoru İbaneis Roşa imzalayıb.
“Vəziyyət kritikdir. 22 saat davam edəcək qadağa qüvvəyə minib. Federal dairə ərazisində olan hər kəs 22 saat evlərində qalmalıdır. Səyahət məhdudiyyəti 22 mart tarixinədək qüvvədə olacaq”-deyə, Roşa tvitter hesabında yazıb.
Yalnız səhiyyə müəssisələri, baytarlıq klinikaları və cənazə evləri 22 saatdan sonra işinə davam edə biləcəklər.