25 C
Baku
Tuesday, September 9, 2025

Braziliya ABŞ-ni Ümumdünya Ticarət Təşkilatına şikayət edəcək

Braziliya hakimiyyəti məsləhətləşmələr üçün ABŞ-nin tətbiq etdiyi yeni tariflərlə bağlı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) rəsmi müraciət edib.

Bu barədə “Folha de S.Paulo” qəzeti yazıb.

Açıqlamaya görə, Braziliya hesab edir ki, rüsumlar ABŞ-nin ÜTT çərçivəsində bir sıra öhdəliklərini pozur.

Söhbət iyulun 30-da Braziliya məhsullarına rüsumların 50%-ə qaldırılması ilə bağlı fərman imzalayan ABŞ prezidenti Donald Trampın qərarından gedir.

Eyni zamanda, o, təyyarə istehsalı, enerji və bəzi kənd təsərrüfatı məhsulları daxil olmaqla, strateji sektorları əhatə edən 700 istisnanın siyahısını təsdiqləyib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər