Braziliya prezidenti Luis İnasio Lula da Silva Amerika administrasiyası Braziliya mallarına elan edilən 50% tarifləri ləğv etməsə, avqustun 1-dən ABŞ mallarına cavab rüsumları tətbiq edəcəyini söyləyib. Bu barədə cənab Lula da Silva “Jornal Nacional” qəzetinə müsahibəsində bildirib.
“Biz heç kimlə döyüşmək istəmirik. Danışıqlar aparmaq istəyirik və istəyirik ki, Braziliyanın qərarlarına hörmət edilsin. Ona görə də o, vergilərlə oynamağa davam edərsə, bu vergitutma sonsuz olacaq”, – cənab Luis İnasio Lula da Silva söyləyib.
“Politico” qəzeti yazır ki, Trampı Braziliyaya tariflər tətbiq etməyə Rio-de-Janeyroda keçirilən BRICS sammiti təhrik edib.