Braziliya BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaq istəyir.
Bu barədə Braziliyanın Rusiya Federasiyasındakı səfiri Rodriqo de Lima Baena Suares “İzvestiya” qəzetinə bildirib.
Diplomatın sözlərinə görə, Braziliya Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyində israrlıdır. Hazırda bu məsələ müzakirə mərhələsindədir.
Səfir qeyd edib ki, ölkəsinin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaq üçün bütün əsasları var. Braziliya hökuməti hesab edir ki, Təhlükəsizlik Şurası qlobal cənub ölkələrinin təmsil olunmasını təmin etmək üçün daha nümayəndəli və əhatəli olmalıdır.
Diplomat həmçinin qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının iş üsulları dəyişdirilməlidir ki, o, daha şəffaf olsun və dünya təşkilatının bütün üzvləri adından danışsın.
Öz növbəsində, Braziliyanın San-Paulu Universitetinin Qabaqcıl Tədqiqatlar İnstitutunun əməkdaşı Vinisius Rodriqez Vieira vurğulayıb ki, Afrika və ya Latın Amerikasından olan regional liderlər daxil olmadan BMT Təhlükəsizlik Şurasının islahatı mümkün deyil. Buna görə də Braziliya BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi üzv olmaq üçün ilk namizədlərdən biri olmalıdır.
Hindistanın xarici işlər naziri Subrahmanyam Jayşankar da BMT-nin bazardan qalan köhnə şirkət kimi xarakterizə edib.
Qeyd edək ki, daha əvvəl Türkiyə və Fransa rəsmiləri də BMT TŞ-də islahatlar aparılmasının zəruriliyini bildiriblər.