13 C
Baku
Sunday, November 24, 2024

Braziliya BRICS-in genişlənməsinə qarşı çıxıb

Braziliya BRICS-in genişlənməsinə qarşı çıxıb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir. İddia olunur ki, Braziliya hakimiyyəti alyansın potensial genişlənməsini “təşkilatın maraqlarına uyğun olmadığını” hesab edir.

Agentliyin həmsöhbətləri qeyd edirlər ki, Braziliya istənilən genişlənmənin mərhələli olmasını təmin etmək niyyətindədir. Bundan əlavə, Braziliya rəsmiləri hesab edirlər ki, yaxın gələcəkdə “regional balansı qorumaq və BRICS-in beş üzvünün alyansındakı rolunu qoruyub saxlamaq lazım gələcək”.

Xatırladaq ki, hazırda BRICS-ə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika daxildir. Cənubi Afrikanın BRICS-dəki nümayəndəsi Anıl Suklal 19 ölkənin qrupa qoşulmaq arzusunu ifadə edib. İyun ayında Misir alyansa qoşulmaq üçün rəsmi müraciət edib, iyulun 31-də isə Boliviya oxşar ərizə təqdim edib.

Son xəbərlər
Digər xəbərlər