15 C
Baku
Sunday, November 24, 2024

Braziliya çempionatdan nə qazandı?

Futbol üzrə dünya çempionatı artıq başa çatıb və Braziliya yığma komandasının buradakı çıxışı “faciəvi şəkildə” qiymətləndirildiyi bir zamanda, ölkənin çempionatdan əldə etdiyi iqtisadi gəlirləri hesablamağa ehtiyac var.

Turnir ərəfəsində ölkəni milyonlarla insan ziyarət edib. Lakin heç də hamı yalnızca futbola tamaşa etməyə və öz komandalarını dəstəkləməyə gəlməmişdi. Arex dövlət agentliyi son ay ərzində sənayeçilərin 103 ölkədən olan 2,3 min biznesmen ilə görüşünü təşkil etmiş və bu görüşlər çərçivəsində 6 milyard dollarlıq müqavilələr bağlanmışdır.

Bu məbləğ çempionat üçün stadion və infrastruktur obyektlərinin inşasına ayrılmış büdcədən 2 dəfə çoxdur. Ölkənin çempionata hazırlıq üçün ayırdığı büdcə isə 8 milyard real (3,6 milyard dollar) olaraq qiymətləndirilmişdi.

Bundan əlavə, Dilma Russefin 4 illik hakimiyyəti dövründə 4,8 milyondan çox yeni iş yeri yaradılmışdır ki, onların da 15%-i çempionata hazırlıq üçün nəzərdə tutulmuşdu.

Digər tərəfdən, futbol üzrə dünya çempionatı Braziliyada inflyasiyanın artım tempini daha da sürətləndirmişdir.

Son xəbərlər
Digər xəbərlər