10 C
Baku
Friday, December 13, 2024

Braziliya hökuməti “Meta”nı $1.9 mln. cərimələyib

Braziliyanın San-Paulu ştatında “Facebook” və “Instagram” sosial şəbəkələrinin, eləcə də “WhatsApp” messencerinin sahibi Amerikanın “Meta” şirkəti 1.9 milyon dollar cərimələnib.

Verilən məlumata görə, bunun səbəbi 4 oktyabrda baş verən və milyonlarla istifadəçiyə təsir edən qlobal nasazlıq olub. Departament hesab edir ki, “Meta” “keyfiyyətsiz xidmətlərə” görə məsuliyyət daşımalıdır.

Agentliyin məlumatına görə, 91 mindən çox “Facebook”, 90 mindən çox “Instagram” və 156 mindən çox “WhatsApp” istifadəçisi bu nasazlıqla qarşılaşıb. “Meta” məhkəmə qərarına etiraz edə biləcəyi bildirilir.

Xatırladaq ki, daha əvvəl Fransa hökuməti “Google” korporasiyasını 220 milyon avro cərimələyib.

Son xəbərlər
Digər xəbərlər